Qadin.NET / Toyuq ruleti (foto resept)

Toyuq ruleti (foto resept)

Tərkibi:

Toyuq filesi - 3 ədəd,

Vetçina - 100-150 q,

 Keşniş - 1 böyük dəstə

 Sarımsaq - 3 ədəd

 "Zeytun bağları" zeytun yağı

 Duz,

 Qırmızı bibər

Hazırlanması: 

Toyuq ruleti (foto resept)

Toyuğun döş ətini döyüb lay halına gətiririk.

Toyuq ruleti (foto resept)

Sonra hər 3 layı elə qoyuruq ki, bir birindən ayrılmasın. Sonra üzərinə vetçinanı lay-lay kəsib düzürük və keşniş səpirik.

Toyuq ruleti (foto resept)

Sarımsağı xırda-xırda doğrayıb üzərinə səpirik. Toyuq əti sarımsaqla ləzzətli olur. Ona görə də zövqə görə sarımsağın sayını artıra, azalda və ya onsuz da hazırlaya bilərsiniz.

Toyuq ruleti (foto resept)

Qida sellofan ilə onu yaxşı-yaxşı fırladıb rulet halına salırıq. 30 dəqiqə soyuq yerdə saxlayırıq. Bu müddətdə ət bərkiyir.

Toyuq ruleti (foto resept)

Ruleti sellofandan çıxarıb kağızın üzərinə səliqə ilə qoyub üzərinə duz-istiot və zeytun yağı əlavə edirik.

180 dərəcəlik sobada 15-20 dəqiqə bişiririk. Sonra sobanı söndürüb ruleti daha 20 dəqiqə sobada saxlayırıq.

Toyuq ruleti (foto resept)

Toyuq ruletini həm isti, həm də soyuq vəziyyətdə vermək olar.

Toyuq ruleti (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

26 yanvar 2015
GO BACK