Qadin.NET / Evdə jülyen hazırlayaq (foto-resept)

Evdə jülyen hazırlayaq (foto-resept)

Lazım olan ərzaqlar:

 Toyuq əti 300 qr

Bərk pendir 150 qr

2 baş orta ölçüdə soğan

200 qr xama

İstəyə görə 2 diş sarımsaq

"Möcüzə" paket yağı lazım olan qədər

Duz, istiot zövqə görə

Hazırlanması:

Əvvəlcə toyuğu suda bişiririk, sonra da ətini sümükdən ayırırıq və doğrayırıq.

Evdə jülyen hazırlayaq (foto-resept)

 Soğanı tavada qızardırıq.

Evdə jülyen hazırlayaq (foto-resept)

Ayrı qabda sous hazırlayırıq. Bu sousu kərə yağından da hazırlamaq olar, amma mən bilirəm ki, bizim xanımlarımız çox yağlı, kalorili yeməklərdən uzaq dururlar, ona görə də sousu xama ilə əvəz etdim.

Evdə jülyen hazırlayaq (foto-resept)

 Jülyen hazırlayacağımız qabları yağlayırıq.

Evdə jülyen hazırlayaq (foto-resept)

Evdə jülyen hazırlayaq (foto-resept)

Əvvəl toyuğun ətini qoyuruq yağlanmış qaba.

Evdə jülyen hazırlayaq (foto-resept)

Bunun üzərindən də qızarmış soğanı.

Evdə jülyen hazırlayaq (foto-resept)

Hər qabın üzərinə 1 x.q. toyuğun bulyonundan əlavə  edirik ki  quru alinmasın.
Sonra istiotlu, sarımsaqlı sousu əlavə edirik.

Evdə jülyen hazırlayaq (foto-resept)

 

Evdə jülyen hazırlayaq (foto-resept)

Axırda rəndələnmiş pendir əlavə edirik.

Evdə jülyen hazırlayaq (foto-resept)

 

Evdə jülyen hazırlayaq (foto-resept)

Sobada 15-20 dəqiqə bişiririk.

Evdə jülyen hazırlayaq (foto-resept)

 Jülyenlərin üzü qızarana kimi bişməlidir.

Evdə jülyen hazırlayaq (foto-resept)

 Üzərini istədiyiniz göyərti ilə bəzəyə bilərsiniz.

Evdə jülyen hazırlayaq (foto-resept)

Süfrəyə verdikdə qabın qulpunu salfetlə bəzəyirik. Bu həm gözəllik verir, həm də qabın qulpu isti olduğu üçün salfetlə örtülür.

Evdə jülyen hazırlayaq (foto-resept)

 Buyurun  xanımlar  jülyenlərimiz  hazırdır, nuş olsun sizlərə!

27 yanvar 2015
GO BACK