Qadin.NET / Anamın ətli sırdağı (foto resept)

Anamın ətli sırdağı (foto resept)

Tərkibi:

Badımcan 6-7 ədəd

Pomidor 4-5 ədəd

Bibər 4-5 ədəd

Qiymə-250 q

Baş soğan 2-3 ədəd

Sarımsaq 4-4 diş

Duz, istiot, sakıkök (zövqə görə)

Qızartmaq üçün "Möcüzə" duru yağı

Hazırlanması:

Tərəvəzlər fal-fal doğranılır. Badımcan duzlanır ki, acı suyu çıxsın. Yuyularaq sıxılır və qurudulur. 

Anamın ətli sırdağı (foto resept) 
Anamın ətli sırdağı (foto resept)

Sonra kartof və badımcan güclü odda az yağda hər iki üzü qızardılır (tam bişirmək lazım deyil). 

Anamın ətli sırdağı (foto resept)

Soğanlar nazik şəkildə doğranılır və yağda qızardılır. 

Qiyməyə azca su qatılaraq soğanın üzərinə əlavə edilir, 1-2 dəqiqə bişirilir. 

Anamın ətli sırdağı (foto resept)

Ərzaqlar sıra ilə qazana düzülür: kartof, badımcan, soğanlı qiymə, bibər, pomidor.

Sarımsaqlar da xırda doğranılaraq və zövqə uyğun ədviyyatlar da əlavə edilir.

Çox az su əlavə edilərək vam odda 20-25 dəqiqə bişirilir. 

Anamın ətli sırdağı (foto resept)

Arzuya görə süfrəyə qatıqla verilir. 

 

Anamın ətli sırdağı (foto resept)

 

Nuş olsun!

18 yanvar 2015
GO BACK