Qadin.NET / Qiyməli kartof (foto resept)

Qiyməli kartof (foto resept)

Tərkibi:

2 ədəd pomidor 

 1 ədəd soğan

 7 ədəd kartof

 300 q qiymə

100 q "Möcüzə" paket yağı

Kişniş (istəyə görə) 

Duz,istiot

Soba paketi

Göyərti qurusu.

Hazırlanması:

İlk olaraq qiyməyə soğan, pomidor, kişniş, duz, istiot vurub qarışdırılır.

Qiyməli kartof (foto resept)

Kartoflar təmizlənir, yuyulur, ortası şəkildə göründüyü kimi təmizlənilir.

Qiyməli kartof (foto resept)

Qiymə kartofun içinə yığılır.

Qiyməli kartof (foto resept)

Kənarda əridilmiş yağa göyərti qurusu vurulur, qatışdırılır və kartofun üzərinə çəkilir.

Qiyməli kartof (foto resept)

Kartoflar soba paketinə yığılır, qalan yağı da ora əlavə edilir. Ağzı bağlanılır. Paketin üzərində iynə ilə bir-iki deşik açılır ki, havası çıxsın. Sobada 200 dərəcədə 30 dəqiqə bişirilir.

Qiyməli kartof (foto resept)

Budur, artıq qiyməli kartofumuz hazırdır. 

Qiyməli kartof (foto resept)

Nuş olsun!

P.S.Xanımlar istəyə görə kartofun yanına yerkökü, gül kələmi, brokkolli də qoyub bişirmək olar. 

16 yanvar 2015
GO BACK