Tərkibi:
İki toyuğun döş əti
4 ədəd iri kartof
bir baş soğan
3 diş sarımsaq
"Möcüzə" qarğıdalı yağı
bir dəstə keşniş
2 st doğranmış pomidor
3 yumurta
duz, istiot
Hazırlanması:
Əvvəlcə əti və soğanı maşından keçirik. Duz, istiot və göyərtini doğrayıb qarışdırırıq.
Kartofları soyaraq halqa şəkilində doğrayıb bişirəcəyimiz tavaya düzürük.
Üzərindən qarışdırdığımız əti nazik şəkildə üzərinə yayırıq.
Sonra isə sarımsaqları blendirdən keçiririk.
Üzərinə doğranmış pomidoruda əlavə edib onuda yaxşıca qarışdırırıq
Ətin üzərinə hər tərəfə əlavə edirik, üzərinə də yağımızı əlavə edib sobaya bişməyə qoyuruq.
Ayrıca qabda yumurta ilə göyərtini qarışdırırıq.
Kartofu bişdikdən sonra sobadan çıxarıb üzərinə yumurtalı qarışığı əlavə edirik.
O da bişdikdən sonra çıxarırıq.
Budur, zapekankamız hazırdır.
Nuş olsun!