Tərkibi:
Xəmir üçün:
200 ml- su
05 ç/q duz
3 x/q "Möcüzə" duru yağı
Un lazım olan qədər
İçlik üçün:
Kartof
Duz, istiot
Keşniş, şüyüd
Qızartmaq üçün:
"Möcüzə" duru yağı
Hazırlanması:
Əvvəl kartoflar yuyulub təmizlənir.
Soyutma bişirilir və əzilir. Onun üzərinə duz, istiot ,keşniş, şüyüd vurub qarışdırılır. Hazır vəziyyətə gətirilir.
Daha sonra su, yağ, duz qarışdırılır, un əlavə edilərək xəmir yoğrulur.
Yoğurduğumuz xəmiri düzbucaqlı şəkildə yayırıq.
Onun da üzərinə içliyi hər tərəfili çəkirik.
Sonra əlimizi bir az yağlayıb rulet formasında bükürük. Bükdükdən sonra kəsirik.
Tavaya yağ töküb zəif odda hər iki üzünü qızardırıq.
Budur, artıq qızardılmış kartof ruletimiz hazırdır.
Nuş olsun!