Qadin.NET / Kabab (foto resept)

Kabab (foto resept)

Tərkibi:

500 q çəkilmiş ət
100 q göy soğan
1 dəstə şüyüd
100 q soya sousu
500 q qat-qat xəmir
1/2 ədəd qırmızı şirin bibər  
1 ədəd yumurta 
1 x.q küncüt
100 q pendir 
3 diş sarımsaq
1/2 ç.q reyhan qurusu
Hazırlanması:
 Əti çəkib farş halına salırıq. Çəkilmiş ətin üzərinə göy soğan, şüyüd, soya sousu, sarımsaq, reyhan qurusu və duz əlavə edib qarışdırırıq.  
Kabab (foto resept)

Bolqar bibərini uzunsov doğrayırıq.  

Kabab (foto resept)

İndi qat-qat xəmiri yayıb dörd yerə bölürük.

Kabab (foto resept)

Sonra isə xəmirin üzərinə əti yerləşdiririk və ətin də üzərinə şirin bibəri qoyuruq. Şirin bibərin də üzərinə yenə çəkilmiş ət qoyuruq.

Kabab (foto resept)

Sonra isə xəmirin üzərinə yumurta çəkib rulet kimi bükürük.

Kabab (foto resept)

Bükülmüş ruletin üzərinə yumurta çəkirik və üzərinə də küncüt səpirik. Sonra isə dilimləyirik və kəsilmiş rulet dilimlərini növbə ilə taxta şişlərə keçiririk. 

Kabab (foto resept)

İndi isə rəndələnmiş pendiri açıq duran ruletlərin üzərinə qaşıqla səliqəli şəkildə qoyuruq.

Kabab (foto resept)

Daha sonra isə yağlanmış soba listinə yığılır və sobada 20-25 dəqiqə ərzində 200 dərəcədə qızardılır.

Kabab (foto resept)

Kababımız hazırdır.

Kabab (foto resept)

Nuş olsun!
(Tərcümə edilib)
16 dekabr 2014
GO BACK