Qadin.NET / Ətli, makaronlu yemək (foto resept)

Ətli, makaronlu yemək (foto resept)

Tərkibi:

250 q makaron

2 ədəd soğan

200 q  bərk növ pendir

200 q mal əti 

200 q qoyun əti

2 diş sarımsaq

2 x.q "Möcüzə" duru yağı

Şüyüt

Duz, istiot

 

Ətli, makaronlu yemək (foto resept)

Hazırlanması: 

Əvvəlcə əti doğrayırıq. Daha sonra ət maşından çəkirik (iri gözdən).

Ətli, makaronlu yemək (foto resept)

Çəkilmiş ətə duz və istiot əlavə edirik.

İndi qaynar suya duz töküb makaronu əlavə edib bişiririk.

Ətli, makaronlu yemək (foto resept)

Makaron bişənədək içliyi hazırlayırıq. Duru yağda soğanı qovururuq.   

Sonra qiyməni əlavə edib qovururuq.

Ətli, makaronlu yemək (foto resept)

Tam bişdikdən sonra soyudun. Sonra əzilmiş sarımsaq əlavə edirik və yenidən qarışdırırıq.

Ətli, makaronlu yemək (foto resept)

Bu ərəfədə makaronun suyunu süzürük, sonra səririk ki, yapışmasın.

Ətli, makaronlu yemək (foto resept)

Sobada bişirəcəyiniz qabınızı yağlayın və bişmiş makaronu düzün qaba, hətta kənarlarına da. Amma makaronun yarısını saxlayın.

Ətli, makaronlu yemək (foto resept)

İndi pendiri sürtkəcin iri gözündən keçiririk və çəkilmiş pendiri iki yerə bölürük.

Ətli, makaronlu yemək (foto resept)

Makaronun üzərinə çəkilmiş pendiri tökürük. 

Ətli, makaronlu yemək (foto resept)

Onun üzərinə qovrulmuş əti əlavə edirik. 

Ətli, makaronlu yemək (foto resept)

Ətin də üzərindən yenə pendiri əlavə edirik.

Ətli, makaronlu yemək (foto resept)

Pendirin də üzərinən makaronu əlavə edirik.

Ətli, makaronlu yemək (foto resept)

180 dərəcədə qızdırılmış sobada 40 dəqiqə bişiririk. 

Ətli, makaronlu yemək (foto resept)

Sonda üzərinə şüyüt də səpə bilərsiniz. Makaronlu yeməyimiz hazırdır. 

Ətli, makaronlu yemək (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

13 dekabr 2014
GO BACK