Qadin.NET / Müğənni Moiseyevdən resept

Müğənni Moiseyevdən resept

Bu resepti bir gün TV-dən rus müğənnisi Boris Moiseyevdən eşidib evdə hazırladım. Mənim kaprizli yoldaşım çooox bəyəndi onu. Ona görə dedim sizinlə bir bölüşüm. smile

Tərkibi:

1 toyuq filesi (və ya mal əti)

1 ədəd baş soğan

Duru yağ

2 ədəd kartof

1 xörək qaşığı "Bizim Süfrə" zeytunlu mayonezi

2 ədəd yumurta

Azərduz yodlu narın xörək duzu, istiot


Hazırlanması:

soğanı və toyuq filesini (və ya mal ətini) xırda doğrayırıq:

Müğənni Moiseyevdən resept


Müğənni Moiseyevdən resept


Sonra tavada hər ikisini qızardırıq:


Müğənni Moiseyevdən resept


Kənarda kartofları rəndədən keçirdirik:


Müğənni Moiseyevdən resept

Rəndələnmiş kartofu qaba tökürük. Üzərinə yumurtaları və mayonezi əlavə edirik:


Müğənni Moiseyevdən resept

Üzərinə tavadakı soğanla fileni əlavə edirik və duz ilə istiot qatıb hamısını qarışdırırıq:


Müğənni Moiseyevdən resept

Qarışmış məhlulu qaşıq-qaşıq tavaya qoyub kotlet kimi bişiririk:


Müğənni Moiseyevdən resept

Yanına qarnir kimi düyü, və ya kartof qızartması qoymaq olar. Nuş olsun!


Müğənni Moiseyevdən resept

6 mart 2011
GO BACK