Ərzaqlar:
Kartof kotleti üçün:
1 kq kartof
2 yumurta
2-3 x.q xama
0,5 st. un
Duz, istiot
Hazırlanması:
Əvvəlcə kartof soyulur, yuyulur ət maşınından keçirilir və yumurta əlavə edilir.
Sonra xama, duz, istiot əlavə edirik.
Un əlavə edib qarışdırırıq.
Sonra qaşıqla tavaya qoyub yağda qızardırıq.
Pendirli kotlet üçün:
300-400 qr farş
1 yumurta
Bir az göyərti
1 baş soğan
Duz, istiot
Hazırlanması:
Farşa soğan, göyərti, yumurta, duz, istiot əlavə edib qarışdırırıq.
Pendiri hazır farşın içinə qoyub, kotlet kimi düzəldib, yağda qızardırıq.
Kotletlərimiz hazırdır.
Nuş olsun!