Tərkibi:
Lazanya üçün hazır xəmir
300 q farş
150 q pendir
50 q qoz
1 st. süd
50 q kərə yağı
1 baş soğan
2 diş sarımsaq
Bitki yağı
2 x.q un
Duz, istiot
Hazırlanması:
Soğanı doğrayıb bitki yağında qızardırıq və çəkilmiş ət əlavə edib hazır olana kimi bişiririk.
Hazır olana yaxın sarımsaq, duz, istiot əlavə edirik.
Ayrı qabda kərə yağını əridirik.
Bura un əlavə edib qarışdırırıq.
Bir az qaynadıqdan sonra süd əlavə edib tam bişiririk.
Sobanın listinə yağ çəkib xəmiri ora düzürük.
Öncə sousu yayırıq sonra isə hazır içliyi əlavə edirik.
Beləliklə, xəmiri düzüb, sous əlavə edib, içlik qoyub təkrarlayırıq.
Ən axırda üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edirik.
Sonra üzərini folqa ilə örtüb sobaya qoyuruq ki, bişsin.
60 dəqiqəyə hazır olur. Sobadan götürüb soyumağa qoyuruq.
Buyurun, lazanyamız hazırdır.
Nuş olsun!