Qadin.NET / Dadlı toyuq əti (foto resept)

Dadlı toyuq əti (foto resept)

Tərkibi:
2 ədəd toyuq filesi
300 q xama
3-4 diş sarımsaq
150 q Holland pendiri 
Duz, istiot
  
Hazırlanması:
Əvvəlcə xama ilə sous hazırlayırıq. Sarımsaq, duz və istiotu əlavə edib xamanı yaxşı qarışdırın.

Sonra həmin xamanın içinə toyuq ətini batırırıq və xamalı əti sobaya yerləşdirəcəyimiz qaba qoyuruq və qalan xamanın hamısını ətin üzərinə əlavə edirik.

Pendiri sürtkəcdən keçirib ətin üzərinə əlavə edirik.

180 dərəcəli sobaya qoyun. Təxminən 45-50 dəqiqəyə hazır olur.

Yeməyimiz hazırdır.

Dadlı toyuq əti (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

22 noyabr 2014
GO BACK