Qadin.NET / İçi doldurulmuş toyuq (foto resept)

İçi doldurulmuş toyuq (foto resept)

Tərkibi:

1 ədəd toyuq

1 st. düyü

1 y.q “Möcüzə” paket yağı

1 ədəd soğan

1 ədəd yerkökü

1 budaq kərəviz

2 diş sarımsaq

Duz, istiot

1 y.q bitki yağı

Hazırlanması:

Sobanı 2000C-də isidin. Listin üzərinə folqa sərin. Toyuğu şəkildəki kimi iki yerə ayırın. Bunun üçün mətbəx qayçısından istifadə edə bilərsiniz. Belə daha rahat olur. Toyuğun şəkildəki kimi kəsilən hissəsindən bir miqdar kəsib ayıra da bilərsiniz, ayırmaya da. Toyuğu bu vəziyyətdə kəsdikdən sonra onu duzlayıb istiotlayın.

Düyünü qaynadın. Qaynatmamışdan əvvəl isə onu suda saxlaya bilərsiniz. Düyü yarıçiy vəziyyətdə olmalıdır.

Düyü bişdiyi müddətdə yerkökünü sürtgəcdən keçirin və doğranmış soğan, kərəviz və sarımsaq ilə qarışdırın. Sonra isə beş dəqiqə bişirin.

Düyü hazır olanda üzərinə biraz su və beş dəqiqə ərzində qızardılmış tərəvəzləri əlavə edin. Sonra onu qarışdırın.

Hazır düyülü qarışımı sobanın listinə yığın. Ona oval bir forma verin. Bunun üçün şəklə baxa bilərsiniz.

Toyuğu kəsilmiş hissəsi aşağıda olmaq şərtilə düyünün üzərinə qoyun. Əgər toyuğun kənarlarından düyü çıxsa, onu qaşıqla içəri yığın.

Toyuğun üzərinə bir yemək qaşığı bitki yağı tökün. Sonra isə onu bir saat ərzində sobada bişirin.

Yemək hazır olduqdan sonra qoyun toyuq 15 dəqiqə sobada qalsın. Sonra isə süfrəyə verə bilərsiniz.

İçi doldurulmuş toyuq (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

10 noyabr 2014
GO BACK