Qadin.NET / Özbək aşı (foto resept)

Özbək aşı (foto resept)

Tərkibi:

300 qr ət

4 ədəd soğan

3 ədəd yerkökü

3 st düyü

2 diş sarımsaq

Duru yağ

Azərduz yodlu narın xörək duzu

İstiot, sarıkök 

 

Hazırlanması:

Düyü suda təmiz yuyulur. 

4 ədəd soğan soyulub uzun-uzun doğranılır.

 

Özbək aşı (foto resept)

 

Duru yağda qovrulur.

 

Özbək aşı (foto resept)

 

Yerkökü də təmiz yuyulur.

 

 

Özbək aşı (foto resept)

 

Kök uzun-uzun , sarımsaq isə xırda-xırda doğranılıb yağ-soğana əlavə edilir.

 

Özbək aşı (foto resept)

 

5 dəqiqə qovurduqdan sonra ət qatılır.

 

Özbək aşı (foto resept)

 

Əti də bir balaca qovurduqdan sonra düyü əlavə edilir.Düyü də bir az qovrulur.

 

Özbək aşı (foto resept)

 

Sonra üzərini tam örtənə qədər su əlavə edilir.Duz, istiot, sarıkök qatılır.

 

Aş suyu çəkiləndən sonra dəmə qoyulur.

 

Özbək aşı (foto resept)

 

Və  özbək aşımız hazırdır. Nuş olsun!

 

Özbək aşı (foto resept)

 

 

Qeyd: Əsl özbək aşı yumru düyüdən bişirilir. Zövqə görə uzun düyüdən də istifadə etmək olar.


23 fevral 2011
GO BACK