Tərkibi:
4 ədəd soğan
3-4 ədəd kartof
1 istiot(bibər)
500q toyuq əti
Yağ
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Soğanı halqa şəkilli doğrayırıq.Duzlayırıq
Kartofu orta ölçülü dilimlərə bölürük.Duzlayıb,istiotlayırıq.
Əvvəlcədən yuyulub suyu yaxşı süzülmüş,orta ölçülü hissələrə ayrılmış toyuq ətinə də duz, istiot vururuq.(duzunu ürəkli vurun,sonra şit olar)
Sonra listə falka kağızı səririk və soğanı kağız boyunca düzürük.Ardından əti də soğanın üstünə qoyuruq.Sonra yenə bir sıra soğan düzürük (soğan-ət-soğan)
Daha sonra xırda doğranmış bibəri də soğanın üstünə düzürük.
Ən sonda isə kartofları qoyub tamamlayırıq.
Nəzərinizə çatdırım ki,hər qatdan sonra yağ vurmaq lazımdır.Sonra səliqə ilə kalkanı möhkəm bükürük.İkiqat büksəniz lap yaxşı olar.Listi sobaya qoyuruq.Temperaturu özünüz təyin edirsiniz.
Bu da hazır basdırmalı toyuğumuz. Mən bişirdim, çox dadlı çıxdı. Nuş olsun!