Qadin.NET / Südlü xurma plovu (foto resept)

Südlü xurma plovu (foto resept)

Tərkibi:

4 st uzun düyü

1 x/q duz

8 st süd

2 x/q paket yağı (əridilmiş)

Üzəri üçün:

10 ədəd xurma qurusu

250 qram kişmiş

1 x/q  duru yağı

Darçın (istəyə görə)

Şəkər tozu (istəyə görə)

Hazırlanması:

Əvvəlcə düyünü yuyub, süzürük.

Südlü xurma plovu (foto resept)

Sonra qazanda yağı əridib, düyünü və duzu əlavə edirik. Azca qovururuq. Üzərinə isti süd əlavə edirik.

Südlü xurma plovu (foto resept)

 Qaynadıqdan sonra (tərkibində azca süd qalmalıdı) diqqət edin ki, dibi yapışmasın. Götürüb, qalın bir parçaya bükürük. Bir saat ərzində açmırıq ki, dəm alsın və düyü buxarda bişsin.

Südlü xurma plovu (foto resept)

Sonra xurmaları və kişmişi yuyuruq.

Südlü xurma plovu (foto resept)

 Tavaya yağı əridib xurmanı əlavə edirik. Bir qədər qovururuq.

Südlü xurma plovu (foto resept)

 Kişmişi də əlavə edirik  və onu da qovururuq. Şişdiyi zaman hazır olur.

Südlü xurma plovu (foto resept)

Zövqə görə darçın və şəkər tozu da əlavə etmək olar.

Südlü xurma plovu (foto resept)
Hazırdır.
Nuş olsun!
Südlü xurma plovu (foto resept)
18 mart 2018
GO BACK