Tərkibi:
Toyuq filesi - 500 q
Yaşıl noxud
Kərə yağı - 50 q
Duz
İstiot
Zövqə görə digər ədviyyatlar
Hazırlanması:
Fileni çox da böyük olmayan tikələrə doğrayırıq.
Kərə yağını vam atəşdə əridirik.
Sonra qızğın atəşdə toyuğun filesini qovururuq. Bu təxminən 5 dəqiqənizi alacaq.
Bu vaxt ərzində yaşıl noxudların suyunu süzürük.
Noxudları bişən toyuq filesinin üstünə əlavə edib qarışdırırıq.
Duzlayıb-istiotlayırıq və noxudla birlikdə bir və ya iki dəfə qarışdırıb tavamızın altını söndürürük. Yeməyimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)