Qadin.NET / Toyuqlu-qabaqlı rulet (foto resept)

Toyuqlu-qabaqlı rulet (foto resept)

Tərkibi:

4 ədəd böyük toyuğun filesi

1 qabaq (çukini növü) - təqribən 100 q

30 q cəfəri

2 ç.q dənəvər xardal

 2  ç.q bal

Duz

İstiot

Hazırlanması:

Əti yuyun, qurudun və şəkildəki kimi döyün. 

Toyuqlu-qabaqlı rulet (foto resept) 

Qabağı da yuyub doğrayın. Qabığını istəsəniz soyun, istəməsəniz soymayın. 

Toyuqlu-qabaqlı rulet (foto resept)

Cəfərini də yuyub qurudub doğrayın.

Toyuqlu-qabaqlı rulet (foto resept) 

Döyülmüş ətin üzərinə bir qədər qabaq və göyərti qoyun. Duz və istiot vurun. Sonra onu rulet kimi bükün. Açılmasın deyə diş çöpü keçirin. 

Toyuqlu-qabaqlı rulet (foto resept)

Xardalla balı qarışdırın. Alınmış məhlulu ruletin üzərinə çəkin və ruleti bişirmə sellofanına qoyun. 

Toyuqlu-qabaqlı rulet (foto resept) 

180 dərəcəli sobada 30 dəqiqə bişirin. Son 5 dəqiqəni isə sellofanın ağzını açaraq qoyun bişsin. 

Toyuqlu-qabaqlı rulet (foto resept)

Ruletimiz hazırdır. 

Toyuqlu-qabaqlı rulet (foto resept) 

Nuş olsun! 

(Tərcümə edilib)

16 iyun 2014
GO BACK