Tərkibi:
Toyuğun qaraciyəri - 500 q
Baş soğan - 2 ədəd
"Zeytun Bağları" zeytun yağı
Un - 2 x.q
Zövqə görə duz, istiot
Hazırlanması:
Toyuq ciyərini təmizləyib yuyuruq, sonra kiçik parçalara doğrayırıq. Soğanın qabığını soyuruq və onu da halqavari doğrayırıq.
Unu bir qaba əlavə edirik və qaraciyərin hər tikəsinin hər iki tərəfini una batırırıq. Tavada yağı yaxşı qızdırırıq, ciyərləri içinə töküb 3 dəqiqə hər iki üzünü bişiririk.
Sonra soğanı və duzu əlavə edirik və qarışdırıb qovururuq, sonra qapağını örtürük ki, bir az da buxarda bişsin.
Yeməyimiz hazırdır.
Nuş olsun!