Qadin.NET / Fransızsayağı Calzones (foto resept)

Fransızsayağı Calzones (foto resept)

Xəmir üçün:
1 ç.q şəkər tozu
1 x/q quru maya
2 ç.q duz
1 ½ fincan isti su
2 x.q "Zeytun Bağları" zeytun yağı  
Un 
İçlik üçün:
500 q kolbasa və ya 500 q farş
1 ədəd kiçik doğranmış soğan
2 diş doğranmış sarımsaq
50 q "Bizim Tarla" soyulmuş, doğranmış pomidoru
 100 q doğranmış göbələk
0,5 ç.q qurudulmuş kəklikotu
2 st. rəndələnmiş Mozzarella pendiri
Zövqə görə duz, istiot. 
Hazırlanması:
Bir qabda un, şəkər tozu, quru mayanı və duzu qarışdırıb xəmir yoğurun. Əgər xəmir çox quru alınsa, su əlavə edib yumşaldın. 
Fransızsayağı Calzones (foto resept)
Hazır olandan sonra onun üzərini örtün və 1-2 saat isti yerdə saxlayın ki, acısın. 
Fransızsayağı Calzones (foto resept)
Ondan 8 kündə ayırıb qaba qoyun və üzərini paketlə örtün.
İndi isə içliyi hazırlayaq.
Fransızsayağı Calzones (foto resept)
Yağı vam odda isidin. Kolbasanı və ya farşı əlavə edin. Beş dəqiqə yağda qızadın. Hazır olandan sonra bir kənara qoyun.
Fransızsayağı Calzones (foto resept)
Soğanı da beş dəqiqəyə bişirin, üzərinə sarımsaq da əlavə edib bir qədər də bişirin.
Fransızsayağı Calzones (foto resept)
 Üzərinə duz, istiot və kəklikotu əlavə edib qarışdırın. Ərzaqların hamısını qarışdırın – soğanlı qarışıqla əti və üzərinə də pomidorla göbələyi əlavə edin və 20 dəqiqə vam xodda suyu quruyanadək bişməlidir.
Fransızsayağı Calzones (foto resept)
Xəmiri kiçik şəkildə açın. Hər xəmirin içinə içlikdən qoyun. 
Fransızsayağı Calzones (foto resept)
Xəmiri şəkildəki kimi bükün. Xəmirin qıraqlarını bükmək üçün çəngəldən də istifadə edə bilərsiniz.
Fransızsayağı Calzones (foto resept)
Fransızsayağı Calzones (foto resept)
Çəngəl vasitəsilə xəmirin bir neçə yerindən deşiklər açın ki, xəmir şişməsin.
Fransızsayağı Calzones (foto resept)
Xəmirin üzərinə bir qədər zeytun yağı çəkin və üzəri qızaranadək sobada 220 dərəcə istilikdə bişirin.
Bişəndən sonra isti-isti üzərinə pendir əlavə edin.
Fransızsayağı Calzones (foto resept)
Nuş olsun!
(tərcümə edilib)
17 may 2014
GO BACK