Tərkibi:
1 kq düyü
1 ədəd toyuq
500 qr şabalıd
100 qr ərik qurusu
100 qr kişmiş
100 qr quru gavalı
5 ədəd soğan
700 qr kərə yağı
Azərduz yodlu narın xörək duzu
Qazmaq üçün:
1 ədəd yumurta
1 ədəd yumurta
1x.q xama
100 qr kərə yağı
Hazırlanması:
Bir gün əvvəldən toyuğu yaxşı yuyub şəkildə olduğu kimi kəsib hər tərəfini duzlayıb istiotlayırıq.Sonra toyuğu yuxarı bir yerdən asırıq ki,toyuğun suyu təmiz süzülsün.Bir gecə asılı saxlayırıq.
Soğan uzun formada doğranılır və yağda rəngi qızılı oluncaya kimi qovrulur.
Soğan qovrulduqdan sonra əti əlavə edib bir az qovururuq.
Ət də bir az qovrulduqdan sonra şabalıd,ərik qurusu və kişmiş əlavə edilir ,qarışdırılır və bir kənara qoyulur.
İndi isə duzlu suda düyünü bir az bişirib süzürük.Düyünün bir az rəngli olması üçün sarıkök əlavə edilir.
İndi isə qazmaq hazırlayaq.yumurta, yağ və xama birlikdə yaxşıca çalınır və qazanın dibinə tökülür.
Onun da üzərindən toyuq ətli qarışıq əlavə edilir.
Ətin üzərindən isə düyü tökülür və dəmə qoyulur,arada qazanın ağzını açıb dəmini kənara tökürük.
Budur artıq döşəməli plovumuz hazırdı.
Nuş olsun!