Tərkibi:
500 q toyuq filesi
1 ədəd yumurta
50 q qarğıdalı unu
Yarım ç.q duz
Yarım ç.q istiot
500 ml ərinmiş "Möcüzə" paket yağı
1 ədəd şirin bolqar bibəri
100 q çerri pomidoru
Hazırlanması:
Toyuq ətini farş halına gətiririk. Çəkilmiş ətin üzərinə yumurta əlavə edib qarışdırırıq.

Bu qarışımın üzərinə qarğıdalı unu, duz və istiot əlavə edib qarışdırırıq. Əgər uşaqlara verəcəksinizsə, o zaman istiot vurmayın.

Ətdən qoz boyda küftələr hazırlayıb unlanmış siniyə düzürük.



Bolqar bibərini kroket böyüklüyündə kvadrat şəklində doğrayırıq. Pomidorları da yuyub qurulayırıq.

Bişmiş kroketi, bibəri və pomidoru növbə ilə taxta şişlərə keçiririk. Kroketlər isti ikən süfrəyə veririk.

Nuş olsun!
(Tərcümə edilib)