Qadin.NET / Kesadili (foto resept)

Kesadili (foto resept)

Tərkibi:

4 ədəd dairəvi yuxa

1 ədəd acı bibər

500 qr göbələk

50 qr "Wellington" kərə yağı

50 qr holland pendiri

2 x/q xama

Duz

İstiot

Hazırlanması:

1-ci versiya acı sevənlər üçün əvəzedilməz olacaq. Əvvəlcə qızdırılmış tavaya kərə yağı əlavə edib əridirik. 

Kesadili (foto resept)

Bu ərəfədə acı bibəri nazik şəkildə doğrayıb tavaya əlavə edərək bir qədər qovururuq. 

Kesadili (foto resept) 
Kesadili (foto resept)

Kesadili (foto resept)

Bibəri kənara qoyub yuxanı həmin tavada isidirik.  

Kesadili (foto resept)

Holland pendirini sürtkəcdən keçiririk. 

Kesadili (foto resept)

İsti yuxanın üzərinə səpirik. 

Kesadili (foto resept)

Üzərindən qovurduğumuz acı bibəri düzürük. 

Kesadili (foto resept)

Pendir əridikdən sonra üzərini digər yuxa ilə örtürük. 

Kesadili (foto resept)

Digər üzünü çevirib qızardırıq. 

Kesadili (foto resept)

Daha sonra kənara qoyub pizza formasında doğrayırıq. 

Kesadili (foto resept)

İkinci versiya isə göbələk sevənlər üçün əla olacaq. Bunun üçün göbələkləri yuyub, suyunu süzdükdən sonra doğrayırıq. 

Kesadili (foto resept) 
Kesadili (foto resept)

Üzərindən duz istiot səpib, qarışdırır, bir qədər qovururuq. 

Kesadili (foto resept)

Kesadili (foto resept)

Bu dəfə isidilmiş yuxa üzərinə holland pendiri səpdikdən sonra üzərinə qovrulmuş göbələkləri yerləşdiririk. 

Kesadili (foto resept)

Bu dəfə də pendir əridikdən sonra ikinci yuxanı üzərindən qoyuruq. 

Kesadili (foto resept)

Kesadilimiz hazırdır.  

Kesadili (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

12 may 2014
GO BACK