Qadin.NET / İçi doldurulmuş durnabalığı (foto resept)

İçi doldurulmuş durnabalığı (foto resept)

 

Tərkibi:

Durnabalığı (kütləsi təxminən 700 qr)

100 q çörək

200 ml süd

1 ədəd yumurta

150 q baş soğan

1-2 yemək qaşığı qaynadılmış düyü (istifadə etməsəniz də olar)

Ədviyyatlar

Mayonez

Duz

Bibər

Hazırlanması:

Balığımız təmizlənir, başı kəsilir və dəri ətindən ayrılır.
Dəriləri diqqətlə yavaş-yavaş aradan qaldırırıq.
Balığın quyruğunun sümüklərini kəsirik və içalatını çıxardırıq.
Ət çox asanlıqla bir-birindən ayrılır. Sümükləri ayrıdır.
Çörəyi südə batırıb isladırıq.
2-3 dəfə batırıb-çıxarda bilərsiniz. Əti qrinder vasitəsilə çəkə bilərsiniz. Çörək və soğanı qarışdırırıq.
Göyərtiləri isə doğrayırıq.
Ət, soğan, düyü, çörək, göyərti qarışdırılır. Duz və istiot da əlavə olunur.
Yumurta əlavə edilir.
Yaxşı qarışdırılır.
Sonra həmin qarışığı balığın içərisinə əlavə edirik.
Sonra folqaya sarıyırıq və mayonezləyirik.
Zövqə uyğun bəzəyirik və 180 dərəcədə 1 saat bişiririk. 
Nuş olsun!
3 iyun 2014
GO BACK