Qadin.NET / Çerri pomidorlu, ətli rulet (foto resept)

Çerri pomidorlu, ətli rulet (foto resept)

Tərkibi:

350 q toyuq filesi

250 q mal əti

2 ədəd yumurta

30 q "Best Cow" kərə yağı

Duz

Ədviyyatlar (zövqə görə)

1-2 ədəd kök

7-8 ədəd çerri pomidoru

Bitki yağı (ruletin üzəri üçün) 

Hazırlanması:
Toyuq filesi blenderdən keçirilib yumurta, əridilmiş kərə yağı, duz, ədviyyat vurulur və yaxşıca qarışdırılır.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Mal əti də blenderdən keçirilir. Kök sürtkəcin xırda gözündən keçirilir. Yumurta, əridilmiş kərə yağı, duz və ədviyyatlar əlavə olunub qarışdırılır.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Şəkildəki kimi ilk öncə toyuq filesi mətbəx sellofanının üzərinə sərilir.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Mal əti də sol tərəfdən filenin üzərinə sərilir.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Çerri pomidorları şəkildəki kimi düzülür.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Rulet şəklində bükülür.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Ruletin üzəri bitki yağı ilə yağlanır və folqa kağızına bükülür.

Çerri pomidorlu, ətli rulet (foto resept)

200 dərəcədə 40-50 dəqiqə bişirilir.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Ətli ruletimiz hazırdır.

Çerri pomidorlu, ətli rulet (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

11 mart 2016
GO BACK