Qadin.NET / Pendirli göbələk (foto resept)

Pendirli göbələk (foto resept)

Tərkibi:

9-10 ədəd böyük göbələk

1 ədəd soğan

2 st qatıq və ya xama

150 q holland pendiri

Şüyüd

Zövqə görə duz

Hazırlanması:
Göbələklərin ayaqcıqları çıxarılır. Ancaq papaqları qalır.


Ayaqcıqlarını və soğanı birlikdə yağda qızardırıq.

 Sonra soyudaraq üzərinə xırda doğranmış şüyüt, duz və xama əlavə edib qarışdırırıq.

 Bu qarışıqla göbələklərin içi doldurulur və üzərinə rəndədən keçirilmiş pendir əlavə edilir.

 

Sonra isə 200 dərəcəli sobada 20 dəqiqə bişiririk.

Pendirli göbələk (foto resept)
Nuş olsun! 
25 aprel 2014
GO BACK