Qadin.NET / Ətsiz kələm dolması (foto resept)

Ətsiz kələm dolması (foto resept)

Tərkibi:
 1 ədəd kələm

250 qram düyü 

400 qram şampinyon göbələyi 

1 ədəd göy soğan 

2 ədəd orta ölçülü kök 

100 qram zeytun 

100 qram mayonez 

Duz və ədviyyat (zövqə görə)

Hazırlanması:

Kələmin özəyi kəsilib götürülür, bütöv halda duzlu qaynadılmış suda pörtlənir və yarpaqları tək-tək çıxardılır. Boşqaba qoyulub soyudulur.

Ətsiz kələm dolması (foto resept)

Düyünü təmizləyib, qaynadırıq.

Ətsiz kələm dolması (foto resept)

Göbələklər göy soğanla birlikdə qızardılır, qızartdıqdan sonra ədviyyat səpilir.

Ətsiz kələm dolması (foto resept)

2 ədəd kökün qabığı soyulur, rəndələnir və duru yağda qızılı rəng alana qədər qızardılır.

Ətsiz kələm dolması (foto resept)

Zeytunları da dairəvi doğrayıb digər hazır ərzaqların yanına qoyuruq.

Ətsiz kələm dolması (foto resept)

Kökdən bir az götürülür, çünki üzəri üçün lazım olacaq, qalan hamısını bir qaba töküb yaxşıca qarışdırırıq.

Ətsiz kələm dolması (foto resept)

İçlikdən kələm yarpaqlarına qoyub bükürük.

Ətsiz kələm dolması (foto resept)

 Dolmalarımızı azca qızardırıq və formalı qaba qoyuruq.

Ətsiz kələm dolması (foto resept)

Üzərinə köklə qarışdırılmış mayonez tökürük. Quru olarsa, azca su tökmək olar.

Ətsiz kələm dolması (foto resept)

Sobada 200 dərəcə istilikdə 20 dəqiqə bişirilir.

Ətsiz kələm dolması (foto resept)

Ətsiz dolmamız hazırdır. İsti-isti süfrəyə təqdim olunur.

Ətsiz kələm dolması (foto resept)

Nuş olsun.

(Tərcümə olunub)

13 aprel 2014
GO BACK