Qadin.NET / Kartoflu zapekanka (foto resept)

Kartoflu zapekanka (foto resept)

Tərkibi:

500 qram çəkilmiş ət

1 kq kartof

1 ədəd kök

50 qram "Bizim Tarla" yaşıl noxud konservi

1 ədəd soğan

2 diş sarımsaq

1 ədəd yumurta

30 qram "Wellington" kərə yağı

1 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı

Duz və ədviyyat (zövqə görə)

Hazırlanması:

Kartoflu zapekanka (foto resept)

Soğan, sarımsaq və kökü xırda-xırda doğrayırıq.

Kartoflu zapekanka (foto resept)

Tavaya zeytun yağı töküb, soğan, sarımsaq və kökü qızardırıq.

Kartoflu zapekanka (foto resept)

Üzərindən çəkilmiş əti də töküb qızardırıq. Zövqə görə ədviyyatda tökə bilərsiz. Hətta istəsəniz tomat pastası belə əlavə etmək olar.

Kartoflu zapekanka (foto resept)

Kartofların qabığını soyub, qaynadırıq. Kartofu əzib, üzərinə kərə yağı və yumurta vurub, püre halına gətiririk.

Kartoflu zapekanka (foto resept)

Formalı qabımıza qovrulmuş qiymə ətimizi tökürük.

Kartoflu zapekanka (foto resept)

Üzərinə yaşıl noxudu töküb, səliqəylə yayırıq.

Kartoflu zapekanka (foto resept)

Onunda üzərindən kartof püresini töküb yayırıq və çəngəlin köməyilə üzərinə xətlər qoyuruq.

İstəsəniz pürenin üzərindən sürtkəcdən keçirilmiş pendir də tökə bilərsiniz .

Kartoflu zapekanka (foto resept)

180 dərəcədə 25-30 dəqiqə bişiririk, hazır olandan sonra doğrayıb, göyərtiylə bəzəyirik.

Kartoflu zapekanka (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

24 mart 2014
GO BACK