Tərkibi:
1 kq kartof
300 q göbələk
150 qr soğan
50-100 ml süd
2 y/q "Möcüzə" paket yağı
1 ədəd yumurta
Çörək suxarisi
Duz, istiot
"Möcüzə" duru yağı
Sousu üçün:
250 qr xama
3 diş sarımsaq
1 dəstə şüyüd
Duz
Hazırlanması:
Soğan nazik şəkildə doğranılır.
Göbələk şəkildəki kimi doğranılır.
Soğan yağda qızardılır.
Göbələk soğanın üzərinə əlavə olunur və 7-10 dəqiqə bişirilir.
Kartoflar yuyulur və bişirilir.
Kartof bişdikdən sonra üzərinə yağ əlavə olunur.
Sonra süd, duz, istiot əlavə olunur.
Göbələk də əlavə edilib qarışdırılır.
Kənarda bir qabda yumurta çəngəl vasitəsi ilə qarışdırılır.
Göbələkli əzilmiş kartof yumurtaya batırılır.
Sonra isə suxariyə batırılır.
Tavaya yağ əlavə olunur və hər iki üzü qızaranadək bişirilir
Sousun hazırlanması:
Şüyüd xırda doğranılır.
Sarımsaq da xırda doğranılır.
Qaba şüyüd, sarımsaq və xama əlavə edilir.
Duz vurulur və yaxşıca qarışdırılır.
Yeməyimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)