Tərkibi:
500 q hind toyuğu ətindən qiymə
300 q göbələk (təzə və ya dondurulmuş)
200 q soğan
Suxari
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Soğan xırda-xırda doğranır.
Göbələklər də təmizlənir və xırda doğranır.
Bitki yağında soğanı qovururuq.
Göbələkləri əlavə edib, bir az duzlayırıq və bütün suyu çəkilənə qədər qovururuq (təxminən 15 dəqiqə).
Qiymədən kiçik küftələr hazırlayıb yayırıq (diametri təxminən 10 santimetr).
Yaydığımız küftənin ortasına göbələkdən hazırladığımız içlikdən qoyuruq.
Kənarlarını ehtiyatla birləşdirib səliqəylə kotlet forması veririk.
Hazırladığımız kotletlərin hər iki üzünü suxariyə batırırıq (küncütlü suxaridən istifadə etmək olar).
Bitki yağında hər iki üzünü 5-7 dəqiqə qızardırıq.
Göbələkli kotletlərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə olunub)