Tərkibi:
1 kq kartof
300 qr göbələk
150 qr soğan
2 diş sarımsaq
3 xörək qaşığı xama
50 qr "Welligton" kərə yağı
100 ml süd
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Kartoflar yuyulur və qaynadılır.
Soğan və sarımsaq şəkildəki kimi doğranır.
Göbələk də doğranır.
Qazana yağ əlavə olunur, soğan və sarımsaq qızardılır.
Sonra isə göbələk də əlavə olunur, duz, istiot vurulur və 10-15 dəqiqə bişirilir.
Qarışığa xama əlavə olunur və qarışdırılır.
Kartoflar soyudulur, əzilir, yağ əlavə olunur, duz, istiot vurulur.
Süd əlavə olunur və yaxşı qarışdırılır.
Əzilmiş kartof yağlanmış formalı qaba əlavə olunur.
Şəkildəki kimi üzəri bəzədilir.
Hazır içlik əzilmiş kartofun üzərinə əlavə olunur və sobaya qoyulur. 180 dərəcədə 20 dəqiqə bişirilir.
Yeməyimiz hazırdır.
Nuş olsun
(Tərcümə edilib)