Qadin.NET / Pomidorlu-şərablı toyuq (foto resept)

Pomidorlu-şərablı toyuq (foto resept)

Tərkibi: 

1 kq toyuq
400 qr pomidor
150 qr soğan
5-7 budaq kəklikotu
300 ml şərab
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Toyuq şəkildəki kimi iki hissəyə bölünür.
Soğan doğranır.
Pomidorlar şəkildəki kimi doğranır.
Tavaya yağ əlavə olunur və toyuğun bir üzü qızardılır.
Sonra isə ikinci üzü qızardılır.
Soğan və pomidor əlavə olunur.

Duz,istiot əlavə olunur.
Sonra isə kəklikotu əlavə olunur. Tavanın ağzı qapaqla bağlanır və 35-45 dəqiqə bişirilir.
Ən sonda şərab əlavə olunur və 5-7 dəqiqə bişirilir.
Yeməyimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)
30 mart 2014
GO BACK