Qadin.NET / Pendirli, pomidor souslu küftələr (foto resept)

Pendirli, pomidor souslu küftələr (foto resept)

Tərkibi:

500 q toyuq filesi
"Mozarella" pendiri
150 q soğan
Duz
İstiot
Sous üçün:
350 q pomidor
150 q soğan
5-7 budaq kəklikotu
2-3 diş sarımsaq
Bitki yağı
Duz
İstiot
Hazırlanması:
Soğan və file maşından keçirilir.
Duz və istiot vurulur.
Yaxşı qarışdırılır.
Əti boşqabda formaya salırıq.
Pendiri ətin ortasına qoyuruq.
Ət küftə formasına salınır.
Yağlanmış qaba yığırıq və 180 dərəcəlik sobada 15-20 dəqiqə bişiririk.
İndi isə sousu hazırlayaq.
Soğan və sarımsaq doğranır.
 
Pomidor şəkildəki kimi doğranır.
Soğan və sarımsaq yağda qovrulur.
Pomidor əlavə edilib 3-4 dəqiqə bişirilir.
Sonda kəklikotu, duz, istiot vurulur və 2-3 dəqiqə bişirilir.
Küftələr hazırdır.
Sousu üzərinə əlavə edib yenidən sobaya qoyuruq və 180 dərəcədə 10 dəqiqə bişirilir.
Yeməyimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)
29 mart 2014
GO BACK