Qadin.NET / Sobada qat-qat xəmirli balıq (foto resept)

Sobada qat-qat xəmirli balıq (foto resept)

 Tərkibi:
   500 qr. sudak balığı
     500qr. qat-qat xəmir
150 qr. soğan
1 ədəd yumurta
Küncüt
1 ədəd limon
Duz
İstiot

    Hazırlanması:

 Soğanı yarımhalqa şəklində nazik-nazik doğrayırıq.

 Yumurtanı yaxşı-yaxşı çalıb bir kənara qoyuruq.

Qat-qat xəmiri şəkildəki böyüklükdə açıb, incə doğradığımız soğanları ora yayırıq.

 Əvvəlcədən duzlanmış balığı soğanın üzərinə qoyuruq və balığın da üzərinə soğan tökürük.

 
Xəmirin kənarlarını yaxşı-yaxşı bükürük.

 Və soba tavasına yerləşdiririk.

 Üzərinə əvvəlcədən çaldığımız yumurtanı çəkirik. Sonda üzərinə bolluca küncüt səpirik və sobada bişiririk.

  Və budur, yeməyimiz hazırdır.

Nuş olsun!

 

(tərcümə edilib)

18 mart 2016
GO BACK