Qadin.NET / Ətli-tərəvəzli "Çanahi" (foto resept)

Ətli-tərəvəzli "Çanahi" (foto resept)

Ətli-tərəvəzli "Çanahi" (foto resept)
 Tərkibi:
800 q quşbaşı qoyun əti
2 ədəd orta ölçülü badımcan (təxminən 300 qram)
3-4 ədəd orta ölçülü pomidor
5-6 ədəd eyni ölçüdə katof
1/2 ç.q. qırmızı toz istiot
4-5 ədəd soğan
10 ədəd yumru qara istiot (üyüdülmüş halda)
Keşniş və ağ reyhan
Su - 300 ml
 "Bizim Tarla" tomat pastası
Duz
Hazırlanması:
Ətli-tərəvəzli "Çanahi" (foto resept)
Dərin və yığcam bir qazan götürürük. Quşbaşı doğranılmış qoyun ətini qazanın dibinə yerləşdiririk. Duzunu vururuq.
Ətli-tərəvəzli "Çanahi" (foto resept)
Və ətin üzərindən soğan və kartofu qoyuruq. Soğan xırda-xırda, kartof isə kub şəklində doğranılmalıdır. Üzərinə azacıq duz vururuq.
Hər qatın arasına xırda-xırda doğradığımız keşniş və ağ reyhandan azacıq səpirik.
Ətli-tərəvəzli "Çanahi" (foto resept)

Kartofun üzərindən kub şəklində doğradığımız badımcanları əlavə edib, yenə eyni qaydada azacıq duz səpirik və keşnişi, reyhanı üzərinə səpirik.

Ətli-tərəvəzli "Çanahi" (foto resept)

                                 Ən üstə kub şəklində doğradığımız pomidorları əlavə edirik, duzunu və ədviyyatlarını üzərinə səpirik.

                   Üzərinə suda həll edilmiş tomat əlavə edib, 180 dərəcədə və 1,5-2 saat ərzində bişirməliyik ki, ət yaxşı bişsin.

Ətli-tərəvəzli "Çanahi" (foto resept)
Yeməyimiz hazırdır. 
Nuş olsun.

Qeyd: Bu yemək 1,5-2 saat ərzində sobada aşağı dərəcədə bişməlidir. Bu menyudaki yemək əsasən 6-8 nəfər üçün nəzərdə tutulmuşdur.

14 mart 2014
GO BACK