Tərkibi:
1 kq kartof
1 kq ispanaq (dondurulmuş da ola bilər)
3 yumurtanın sarısı
150 qr un
2 ədəd soğan
3-4 diş sarımsaq
1 ədəd Çili bibəri (acı)
Duz
İstiot
"Zeytun Bağları" zeytun yağı
Hazırlanması:
Kartoflar yuyularaq qazana yığılır, üzərinə su əlavə edilərək qaynamağa qoyulur. Soğan, sarımsaq xırda doğranır. Acı bibər xırdalanır.
Doğranmış soğan yağda azca qovrulur, üzərinə ispanaq, sarımsaq, acı bibər əlavə edilərək bir yerdə qızardılır. Duz, istiot vurulub qarışdırılır.
Qaynanmış kartof soyulur və püre halına gətirilir.
Kartof püresinə duz, istiot, yumurta sarısı əlavə edilib yaxşıca qarışdırılır. Hazır püre sellofan üzərinə yayılır, üzərinə qızardılmış ispanaq qoyulur.
Rulet şəklində sıx burularaq sellofan açılır.
Bıçaqla ehtiyatla dilimlənilir və yağda hər iki üzü qızardılır.
İspanaqlı kartof kotletimiz hazırdır. İstənilən qızartmalarla süfrəyə verə bilərsiniz.
Nuş olsun!
(Tərcümə edilib)