Qadin.NET / Soğan kababı (foto resept)

Soğan kababı (foto resept)

Antep mətbəxtində paxlava, lahmacun qədər, meyvəli və tərəvəzli kababları da vacib bir yer təşkil edir. Fısdıqlı, pomidorlu, badımcanlı, soğanlı və s. kabab növləri mövcutdur. Bu gün biz sizə soğan kababının necə hazırladığını öyrədəcəyik. Çox asan və pratikdir. 

Tərkibi:

Yarım kilo mal əti və yarım kilo qoyun əti 

1 ç/q. duz və istiot

1 ç/q. pul bibər

           Lazım olan qədər soğan (soğanlar kiçik olmalıdır)

Yarım fincan nar şərabı 

Hazırlanması:

Soğan kababı (foto resept)

                         Əti çəkirik. Üzərinə duz, qara bibər, pul bibər əlavə edib 5 dəqiqə qarışdırırıq.                  

Soğan kababı (foto resept)

      Kiçik soğanları ortadan ikiyə ayırıb ortasına hazırladığımız küfdəcikləri yerləşdiririk. Soğanların ağ olmamasına diqqət edin, çünki ağ soğan bişəndə bir az əriyir. Ona görə qırmızı soğan olsa lap yaxşı olar. Tavanı əlimizlə yağlayıb, şəkildəki kimi düzürük.                      

Soğan kababı (foto resept)
200 C'-də 25-35 dəqiqə sobada bişiririk. Ankastre sobalar isti üfürən hava ilə bişirdiyi üçün, bu cür küftəli yeməkləri qurudur. Bu səbəbdən köhnə sobalardan istifadə etmək daha yaxşı olar. Sobadan çıxarıb, əvvəlcədən hazırladığımız (yarım fincan nar şərabı, bir çay stəkanı duzlu suyla duraldaraq) qarışığı kababın hər yerinə tökürük.  
Soğan kababı (foto resept)

Soba tavasının bir boy böyüyünü, kabab olan listin üzərinə örtüb, ən azı 15 dəqiqə gözlədirik və bu hadisəyə tərlətmə adı verilir. Bu proses kababın hazırlanmasının ən vacib yeridir.  

Soğan kababı (foto resept)

                       Tərlətmə prosesiylə, qarışımla dadlandırılmış soğan dadı mükəmməldir. Suyuyla kababın dadı bir başqa olur.

Nuş olsun!

(Tərcümə edilib)

27 mart 2014
GO BACK