Tərkibi:
1 kq kartof
200 q yaşıl noxud
3-4 nanə yarpağı
100 q "Wellington" kərə yağı
100 q süd
Zövqə görə duz, istiot
Hazırlanması:
İlk öncə kartof püresini hazırlayırıq, kartofları soyub yuyuruq və 4 yerə bölüb qaynağa qoyuruq. İstəyə görə içərisinə 1 baş soğan ata bilərsiz ki tamı çıxsın.
Tam bişəndən sonra karofların suyunu süzürük və əzirik, sonra üzərinə duz, istiot, kərə yağını və südü əlavə edib yaxşıca qarışdırırıq.
Daha sonra yaşıl noxudları duzlu suya töküb 3-4 dəqiqə qaynadırıq.
Qaynayandan sonra noxudları süzüb üzərinə nanə yarpaqlarını əlavə edirik və əzirik.
Noxud püresini kartof püresinə əlavə edib yaxşıca qarışdırırıq.
Budur, qarnirimiz hazırdır.
Nuş olsun.
(Tərcümə edilib)