Tərkibi:
Toyuq tikələri
Qatıq və ya xama - 2 x.q
Sarımsaq - 2 diş
İstəyə görə ədviyyatlar (istiot, duz, qırmızı bibər, toyuq ədviyyatı və s.)
Holland pendiri - 300 qr
Püre üçün:
Kartof - 8-10 ədəd
Süd
Duz, istiot
"Wellington" kərə yağı və ya duru yağ - 0,5 x.q
Hazırlanması:
Hazırladığımız toyuq tikələrinə ədviyyatlar, xama, rəndələnmiş sarımsağı əlavə edib yaxşıca qarışıdırırıq. Qabın ağzını bağlayıb təxminən bir saat saxlayırıq. Sonra sobaya qoyulacaq tavaya düzürük.
Daha sonra 200 dərəcədə sobada bişiririk, amma üzərini qurutmamaq şərti ilə. Bunun üçün üzərinə folqa kağız qoya bilərsiniz.
Püreni hazırlayırıq. Bunun üçün kartofların qabığını soyub yuyuruq və qaynamağa qoyuruq. Qaynadıqdan sonra əzib üzərinə süd, yağ və duz, istiotu əlavə edib püre halına gətiririk.
Toyuqlar bişdikdən sonra sobadan çıxarıb hər birinin üzərinə bolluca püre qoyuruq və pürenin də üzərinə bir dilim holland pendiri qoyub təkrar pendir əriyənə kimi sobaya (200-250 dərəcə) qoyuruq.
Püreli toyuqlarımız hazırdır, nuş olsun