Qadin.NET / Yoqurtlu küftə (foto resept)

Yoqurtlu küftə (foto resept)

Küftə yaxın şərqdə və Cənubi Asiyada yayılmışdır. Küftə qoyun qiyməsi və mal ətindən edilir ki, bu da müxtəlif ölkədə, müxtəlik növdə hazırlanır. Bu gün sizə Hind mətbəxindəki küftənin hazırlanma qaydasını təqdim edirik. Tərkib 4 nəfər üçün nəzərdə tutulmuşdur.      

Yoqurtlu küftə (foto resept)
Tərkibi:
 800 qr. çəkilmiş qoyun əti (və ya mal əti)
1 ədəd böyük olmayan qırmızı bibər (kiçik olsa 2 ədəd də ola bilər)
  1,5 st təzə zəncəfil 
1/2 ç.q zirə
1/2 ç.q sarıkök
Duz
İstiot (zövqə görə) 
Sous üçün: 
   300 ml. heç bir qatqısı olmayan yoqurt
   1/4 ç.q pul bibər 
 Duz
Hazırlanması:
    Əti bir qaba tökürük. Ora böyük olmayan bibərləri, zəncəfili, sarıkök, duz və istiot əlavə edirik. Naringidən kiçik küftələr hazırlayırıq.
Yoqurtlu küftə (foto resept)

Badamı xırda-xırda doğrayırıq. Əgər istəsəniz blenderdən də keçirə bilərsiniz.  

Yoqurtlu küftə (foto resept)

Hazırlanmış küftələri xırda-xırda doğranılmış badama bulayırıq. 

Yoqurtlu küftə (foto resept)

Yoqurtun üzərinə pul bibər və duz əlavə edirik. Sonra onu yaxşı-yaxşı qarışdırırıq.

Yoqurtlu küftə (foto resept)

Hazırlanmış küftələrin üzərinə bir-bir hazırladığımız sousu tökürük və sobaya qoyub 200 dərəcədə bişiririk.  

Yoqurtlu küftə (foto resept)
Budur, küftəmiz hazırdır. Nuş olsun!   
Yoqurtlu küftə (foto resept)           
3 fevral 2014
GO BACK