Tərkibi:
400-600 qr toyuğun döş əti
Bir banka konservləşdirilmiş ananas
Mayonez
Holland pendiri
2 x.q. duru yağ (tavaya çəkmək üçün)
Duz, istiot
Hazırlanması:
Əvvəlcə əti lay-lay doğrayıb tavaya düzürük, istiot, duz vururuq.
Ətlərin üzərinə ananası düzürük.
Bunların üzərindən sürtgəcdən keçirilmiş pendiri tökürük.
Bunların da üzərindən mayonezi çəkə bilərsiniz (istəsəniz əvvəl mayonez çəkib, sonra pendiri səpə bilərsiniz).
30-40 dəqiqə 170 dərəcədə bişiririk.
Süfrəyə qarnir kimi kartof və ya başqa tərəvəzlə verə bilərsiniz.
Ananaslı toyuq ətimiz hazırdır.
Nuş olsun