Qadin.NET / Göbələkli-toyuqlu piroq (foto resept)

Göbələkli-toyuqlu piroq (foto resept)

 Tərkibi:

1 ədəd yumurta
350 ml süd
5 x/q un
Duz 
Şəkər tozu (zövqə görə)
Xəmir üçün:
400 q un
100 q "Best Cow" kərə yağı
1 ədəd yumurta
1/4 st süd
3 x/q xama
Bir çimdik soda
İçlik üçün:
1 ədəd toyuq (təxminən 1.400-1.500 kq)
400 qr göbələk
1 orta ölçüdə soğan
200 qram bişmiş düyü 
Cəfəri və şüyüd - hərəsindən 1 dəstə
2 ədəd qaynadılmış yumurta
8-9 ədəd hazır blinçik
 Duz
 İstiot
Hazırlanması:
Əvvəlcə toyuq yuyulub doğranır. Təxminən bir saat duzlu suda qaynadılır. İstəyə görə hazır toyuq bulyonundan istifadə edə bilərsiniz.
Xəmiri hazırlamaq üçün əridilmiş yağ, xama, süd və yumurta qarışdırılır. Az-az unu və  sodanı  əlavə edib, kövrək xəmir yoğururuq. 
Hazır xəmir 40 dəqiqə soyuducuda saxlanılır.
8-9 ədəd blinçik hazırlanır. 
Toyuğun ətini didirik və ya doğrayırıq.

 Xırda halda doğranmış göyərti ilə düyü, yumurta və duz, istiot əlavə edilir.

 Doğranmış göbələkləri bitki yağında soğanla birlikdə qızardırıq.

İndi isə hazırlamağa başlayaq. Soyuducudan xəmiri çıxarıb, 1/4-ni ayırıb saxlayırıq. Xəmirdən bir qədər götürüb yayırıq. İlk əvvəl hazırladığımız düyülü içlikdən qoyuruq.

Onun da üzərinə blin qoyub toyuq ətini əlavə edirik.

Sonrakı blinçikin üzərinə isə göbələkli soğanı əlavə edirik.

Beləliklə, hər qatı düzəldib, üzərini qalan xəmirlə örtürük. Bir neçə bəzək vurmağı da unutmuruq.

180 dərəcədə qızdırlmış sobada üzəri qızarana qədər bişiririk.

Göbələkli-toyuqlu piroq (foto resept)
 
Artıq göbələkli-toyuqlu piroqumuz hazırdır. Süfrəyə doğrayaraq təqdim edə bilərsiniz.
Göbələkli-toyuqlu piroq (foto resept)

Nuş olsun!

(tərcümə olunub)

5 aprel 2016
GO BACK