Qadin.NET / Gül kələmli zapekanka (foto resept)

Gül kələmli zapekanka (foto resept)

Gül kələmli zapekanka (foto resept)

Tərkibi:

500 q gül kələmi

4 ədəd yumurta 

150 q süd 

Şirin qırmızı bibər

Holland pendiri

Şüyüd

Ədviyyatlar

Hazırlanması:

Şüyüdü xırda-xırda doğrayırıq, şirin qırmızı bibəri də 4 hissəyə bölüb xırda-xırda doğrayırıq, pendiri sürtkəcdən keçiririk.

Gül kələmli zapekanka (foto resept)
Gül kələmini az duzlu suya qoyub qaynayana qədər gözləyirik. 5-6 dəqiqə az odda qaynadıqdan sonra götürüb, soyumağını gözləyirik.
Gül kələmli zapekanka (foto resept)

Yumurtanın üzərinə duz-istiot və zövqünüzcə olan başqa ədviyyatlar əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Sonra üzərinə süd əlavə edib yenə qarışdırırıq.

Gül kələmli zapekanka (foto resept)

Sonda gül kələmi, qırmızı bibəri, pendirin yarısını, şüyüdü qarışdırıb bişirəcəyimiz qaba əlavə edirik. Sonra üzərinə hazırladığımız südlü qarışığı əlavə edib 180 dərəcədə 25-30 dəqiqə bişiririk. Bişməyinə 10 dəqiqə qalmış üzərinə saxladığımız pendiri əlavə edib yenidən sobaya qoyuruq. Sobadan çıxardıqdan sonra üzərinə xırda-xırda doğradığımız şüyüdü əlavə edib isti-isti süfrəyə veririk.

Gül kələmli zapekanka (foto resept)
Gül kələmli zapekanka (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

8 yanvar 2014
GO BACK