Tərkibi:
1 toyuğun döş əti
2 iri kartof
1 iri soğan
1 ədəd yumurta
0.5 çay qaşığı soda
0.5 dəstə keşniş
Duz
İstiot
Sarıkök
Qızartmaq üçün:
Bitki yağı
Hazırlanması:
Toyuğun döş ətini, kartofu və soğanı yuyub ətçəkən maşından keçiririk.
Sonra isə ona doğranmış keşniş, duz, sarıkök, istiot, soda, 1 yumurta əlavə edib qarışdırırıq.
Sonra qarışıqdan bir qaşıq götürüb, o biri qaşıqla kotlet formasına salırıq.
Tavaya yağ töküb yağda qızardırıq.
İki tərəfini də qızardırıq.
Nuş olsun!