Tərkibi:
Hind toyuğunun bud əti - 2 ədəd
Göbələk - 100 q
Soğan - 2 baş
Ağ baton çörəyi - 1/2 ədəd
Dondurulmuş quşüzümü - 100 q
Portağal - 1 ədəd
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Hind toyuğunun budundan səliqə ilə dərisini çıxarırıq. İşin çox hissəsini barmaqlarımızla edirik, amma lazım olanda bıçaqdan da istifadə edirik. Dəri çox asanlıqla ətdən ayrılır. Sümük vətərlərini baçardığımız qədər oynağa yaxın yerdən kəsirik ki, bizdə balaca "kisəcik" alınsın.
Əti sümükdən tam ayırıb, vətərləri götürün. Cansıxıcı işdir, amma buna dəyər.
Bıçaqla əti kiçik kub şəklində doğrayın. Ət maşınından istifadə etməyə dəyməz, çünki alınmış farş, kiçik ət hissəciklərinin verdiyi dad və ləzzət hissini vermir. Təcrübə göstərir ki, doldurmaq üçün bizə 1 bud bəs edər, ikincidən isə kotlet edə bilərsiniz.
Batonun yarısını kiçik kub şəklində doğrayın. Yaxşı olar ki, bunu bir gün əvvəl edəsiniz və qurumağa qoyasınız, sobada qurutmayın.
Göbələkləri duzlu suda 15 dəqiqə qaynadırıq, həlimi süzürük (bizə lazım olmayacaq), göbələkləri xırda-xırda doğrayırıq.
Xırda doğranmış soğanı qızılı oluncaya qədər qızardırıq. Təxminən üçdə birini sous üçün saxlayırıq.
Soğana göbələyi və doğranmış hind toyuğu ətini əlavə edib, 5 dəqiqə bişiririk.
Qızardılmış qarışığa çörəyi əlavə edirik, qarışdırırıq, zövqə görə duz və istiot vururuq.
Budu doldururuq. İçliyi çox doldurmaq lazım deyil, dəri dartılıb partlaya bilər. Açıq kənarlarını diş çöpü ilə bərkidirik. Üzərini bitki yağı ilə yağlayırıq.
Dərisi bişib hazır oluncaya qədər 15 dəqiqə qızardırıq.
Dondurulmuş quşüzümünü tavaya qoyuruq, qalan qızardılmış soğanı, portağalın şirəsini və qabığını əlavə edirik.Quşüzümünün donu əriyəndə 10 dəqiqə vam odda bişiririk.
Sousu blenderlə qarışdırırıq.
Hind toyuğunu sousla süfrəyə veririk. Qarnir kimi kartof və ya düyü verə bilərsiniz, amma qarnirsiz də olar.
Nuş olsun!
(tərcümə edilib)