Qadin.NET / Manqolu hind quşu budu (foto resept)

Manqolu hind quşu budu (foto resept)

Füsunkar yemək həm zahirən gözəldir, həm də qeyri-adi dada malikdir. Bu yemək eyni zamanda bayram süfrənizin bəzəyi olacaq. Qeyd edim ki, hind quşunun əti ən az kalorili ət hesab edilir. O zülalları və piyləri özündə saxlayır. Hind quşunun ətində piyin miqdarı minimaldır.

Manqolu hind quşu budu (foto resept)

Tərkibi:

Dərisiz (böyük) hind quşu budu - 2 ədəd

Manqo - 2 ədəd

Zəncəfil kökü - 2-3 sm

Sarımsaq - 2 diş

Göyərti (zövqə görə) - 1 dəstə

"Zeytun Bağları" zeytun yağı - 2 x.q

Qırmızı şərab

Duz

İstiot.

Hazırlanması:

 Sarımsağı və  zəncəfilin kökünü təmizləyib, sürtkəcdən keçiririk. Göyərtini xırda-xırda doğrayırıq. Kasada xırdalanmış göyərtini, sarımsağı, zəncəfili, ədviyyatları, təxminən 2 x.q zeytun yağını və bir az  da şərabı qarışdırırıq. Hər şeyi yaxşı qarışdırdıqdan sonra  hind quşunun ətinə sürtürük. Bir saat sərin yerdə saxlayırıq (daha çox saxlamaq da olar).

Manqolu hind quşu budu (foto resept)

Manqonun qabığını soyub, incə dilimlərlə doğrayırıq. Manqonun incə doğranmış dilimlərini falqaya düzürük. Marinə edilmiş budları onun üstündən qoyuruq, manqonun qalan dilimləri ilə budların üstünü örtürük.

Manqolu hind quşu budu (foto resept)

Budları falqaya bükürük. 180-200 dərəcə temperaturda qızdırılmış sobada 40 dəqiqə bişiririk.

Manqolu hind quşu budu (foto resept)

Sobadan çıxardıb süfrəyə veririk.

Manqolu hind quşu budu (foto resept)
Manqolu hind quşu budu (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)

29 dekabr 2013
GO BACK