Yaşıl sarımsaq
Kök - 2 ədəd
Badımcan - 1 ədəd
Pomidor - 600 q
Gül kələm - 0,5 hissə
Şüyüd - 1 dəstə
Cəfəri - 1 dəstə
"Zeytun Bağları" zeytun yağı
Ədviyyatlar
Hazırlanması:
Kökü və yaşıl sarımsağı xırda-xırda doğrayırıq. Zetyun yağı ilə 5 dəqiqə bişiririk.
Əvvəlcədən duzlanmış və istiotlanmış hind toyuğunun qanadlarını kök və yaşıl sarımsağa əlavə edib, 10 dəqiqə ərzində bişiririk.
Badımcanın qabığını soyub, xırda-xırda doğrayırıq. Gül kələmi hissələrə ayırıb, pomidorları da xırda-xırda doğrayıb ətin üzərinə əlavə edirik. Sonra isə ədviyyatları əlavə edib, 40 dəqiqə bişiririk.
Raqunun hazır olmasına 10 dəqiqə qalmış şüyüd və cəfərini xırda-xırda doğrayıb, əlavə edirik.
Hind toyuğu ilə hazırlanmış raqu hazırdır.
Nuş olsun!
Hər birimiz yaxşı bilirik ki, Yeni il süfrələrinin əsas neməti hind toyuğudur. Bu, Amerika, Kanada və demək olar ki, bütün Avropa ölkələrində belədir. Qoy bu il sizin də süfrənizi bu ləziz yemək bəzəsin. Hind toyuğunu hazırlamaq çətin deyil. Lakin bunun üçün bəzi qaydaları bilmək lazımdır. Yoxsa ət quru olacaq. İndi sizə təqdim edəcəyim videodan bunun üçün geniş məlumat alacaqsınız.