Tərkibi:
1 ədəd 2.5 kq-lıq qaz
300 q kələm turşusu
150 q qırmızı qarağat
2-3 ədəd yaşıl alma
Duz
İstiot
Hazırlanması:
Qazı təmiz-təmiz yuyub suyunun çəkilməsini gözləyirik.
Sonra ətində olan yağlı hissələri kəsib ayırırıq.
Duz, istiot vururuq.
Yaşıl almaları xırda-xırda doğrayırıq.
Doğradığımız almaları, qarağatı və kələm turşusunu yaxşı-yaxşı qarışdırırıq.
Sonra bu hazırladığımız içliyi qazın içinə doldururuq və diş çöpü ilə bərkidirik.
Sonra soba üçün olan sellofana qoyub soyuducuda bir gün saxlayırıq.
Sonra əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 1.5 saat bişiririk. Bişməyinə 15 dəqiqə qalmış sellofan paketi kəsib çıxarırıq və qaz ətinin qızarması üçün gözləyirik.
Qaz ətimiz hazırdır.
Nuş olsun!
(Tərcümə olunub)