Siz artıq Yeni il üçün hazırlıq etməyə başlamısınız? Qreypfrutla bəzədilmiş ördək qızartması Yeni il süfrənizi həm dadı, həm də görünüşü ilə bəzəyəcək.
Tərkibi:
1 ədəd 2 kq-lıq ördək
2 ədəd qreypfrut
400 q alma
1 kq kartof
1 dəstə şüyüd
2 x.q ədviyyat
Duz
İstiot
Hazırlanması:
Ördək ətini təmiz-təmiz yuyuruq və salfetin üzərinə qoyuruq ki, suyu qurusun. Sonra duz-istiot səpirik. Qreypfrutu 2 hissəyə bölüb, birinin suyunu sıxıb ətin üzərinə əlavə edirik. Ədviyyatı da üzərinə səpirik.
Kartofu qaynadaraq bişiririk, soyudub, təmizləyirik.
Hazırladığımız ördəyi əvvəlcədən isidilmiş sobaya qoyuruq, 180 dərəcədə 1.5 saat bişiririk. Falqa kağızına da bükmək olar. Vaxtaşırı ətdən çıxan yağı da götürmək lazımdır.
Yeməyimizin bişməyinə 15 dəqiqə qalmış əvvəlcədən bişirdiyimiz kartofları ətin yanına düzürük ki, qızarsın. Ördəyimiz hazır olduqdan sonra əvvəlcədən qaynatdığımız alma və təmizlədiyimiz qreypfrutla bəzəyirik.
Artıq Yeni il üçün ördəyimiz hazırdır.
Nuş olsun.
(Tərcümə edilib)