Əziz xanımlar,bu resepti təqdim etməkdə məqsədim,yağda qızartmadan sizlərə daha az yağlı və eyni zamanda ləzzətli bişmiş toyuq qanadlarının resepti ilə tanış etməkdir.
Əvvəlcə izqara dediyimiz alət (türklər bu alətə "elektrikli izqara" deyirlər,hər iki qapağında qalın spiralı vardır.)
Üç paket toyuq qanadı sərf olundu(hər paket 600-800 qr arası)
Bu soya sosudur, tuyoq qanadlarını xüsusilə ləzzətli edir.
Qanadlara armudu stəkanın yarısı qədər yağ vurulur.
Ədviyyatlar: Azərduz yodlu narın xörək duzu,
qara istiot,qurudulmuş kəklilotu və acı qırmızı bibər (pul bibər)
Hazırlanması:
Toyuq qanadlarını yaxşıca yuyuruq və suyunun süzülməsi üçün süzgəcə qoyuruq.
Folqa kağızını izqaranın içində açıb,soslanmış toyuq qanadlarını bir-bir düzürük.
İzqaranın qapağını bağlayırıq,həm altı,həm də üstü öz vami ilə bişəcəkdir.
Hə,əziz xanımlarımız,indi də növbə gəldi bu ləziz toyuq qanadlarını yeməyə...
Nuş olsun!